İsrail və Livan arasında Romada keçirilməsi nəzərdə tutulan növbəti danışıqların vaxtı dəyişdirilib. Görüşün oktyabr ayında baş tutacağı gözlənilir.
Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, İsrail və Livan nümayəndə heyətlərinin gələn həftə Romada bir araya gəlməsi planlaşdırılsa da, görüş sonradan təxirə salınıb:
“Bunun əvəzinə hər iki ölkənin ABŞ-dəki səfirləri Vaşinqtonda Dövlət Departamentində görüş keçirəcəklər. Görüş zamanı bölgədə baş verən son hadisələrin, həmçinin İsrail və Livan arasında əldə olunmuş çərçivə sazişinin icrasının müzakirə ediləcək.
İsrail və Livan nümayəndələri arasında birbaşa danışıqların növbəti mərhələsi oktyabr ayında Romada keçiriləcək”.
