Ev DünyaPapa təşvişə düşdü : “Bunu dərhal müzakirə etməliyik”

Papa təşvişə düşdü : “Bunu dərhal müzakirə etməliyik”

by Baş Redaktor
64 Baxış

Roma Papası XIV Leo süni zəkanın insanlıq üçün yarada biləcəyi risklərlə bağlı ekspertlərin narahatlıqlarının ciddi şəkildə nəzərə alınmasının vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, o, bu barədə Fransadan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

XIV Leo bildirib ki, süni zəka texnologiyalarının mümkün məhdudlaşdırılması ilə bağlı müzakirələrdən yayınmaq düzgün yanaşma olmaz:

“Bu sahədə çalışan çoxsaylı mütəxəssislərin səsləndirdiyi risklərlə bağlı fikirlər diqqətlə araşdırılmalıdır”.

banner

Papa özünün bu məsələyə görə təşviş içində olmadığını da qeyd edib. O, eyni zamanda süni zəkanın potensial təhlükələri barədə xəbərdarlıqların müəyyən maraqlar naminə qəsdən yayılan saxta məlumatlar olması fikri ilə razılaşmayıb.

XIV Leo bu cür narahatlıqların yalnız maliyyə və ya digər maraqlar səbəbindən ortaya atıldığı qənaətində olmadığını bildirib.

Əlaqəli Yazılar Xüsusi