Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) təxminən bir ildir İranın nüvə obyektlərinə sahə yoxlaması üçün giriş əldə edə bilmir.
Army.az xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi açıqlayıb.
Qrossinin sözlərinə görə, agentlik son bir il ərzində İranın nüvə materialları və müvafiq qurğularının vəziyyəti barədə Tehrandan lazımi məlumatları ala bilməyib.
O bildirib ki, bu müddət ərzində AEBA müvafiq obyektlərə yerində baxış keçirmək imkanından da məhrum olub.
“Agentlik son bir il ərzində İranın nüvə materiallarının və ya qurğularının vəziyyəti barədə nə İslam Respublikasından məlumat alıb, nə də sahə yoxlaması aparmaq üçün bu obyektlərə çıxış əldə edib”, – deyə Qrossi vurğulayıb.
