İran Prezidenti Məsud Pezeşkian MDB ilə əməkdaşlığı genişləndirmək məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib.
Army.az xəbər verir ki, Pezeşkian bu təkliflə MDB sammitində çıxış edib.
Onun sözlərinə görə, İran özünü regionun qarşılıqlı əlaqəli coğrafiyasının təbii hissəsi hesab edir. Prezident vurğulayıb ki, bu bağlılıq yalnız coğrafi amillərlə məhdudlaşmır, həm də ortaq tarix, mədəniyyət və xalqlar arasında əlaqələrə əsaslanır.
Pezeşkian bildirib ki, yeni format tranzit, energetika, ticarət, faydalı qazıntıların hasilatı, investisiyalar, texnologiyalar, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr sahələrində əməkdaşlığın inkişafına imkan verəcək:
“Bu gün regionun real çoxtərəfli əməkdaşlığa əvvəlkindən daha çox ehtiyacı var. Bu mühüm və strateji regionun ölkələri çoxqütblü dünyanın formalaşmasında əsas rol oynamalıdır”.
