Ev DünyaBoris Conson Lavrovla görüşünü cəzaya bənzədib

Boris Conson Lavrovla görüşünü cəzaya bənzədib

by Baş Redaktor
55 Baxış

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson 2017-ci ildə Moskvaya etdiyi səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən göstərilən münasibəti xoşagəlməz təcrübə kimi xatırlayıb və bunu bir növ cəzaya bənzədib.

Army.az xəbər verir ki, bu barədə Conson “Tres Respuestas” proqramında danışıb.

Keçmiş baş nazirin sözlərinə görə, həmin səfər zamanı Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına nail olmağa çalışıb. Lakin diplomatik təmaslardan gözlədiyi nəticəni əldə edə bilməyib və təşəbbüs uğursuzluqla yekunlaşıb.

Conson bildirib ki, Lavrov onu yüksək temperaturda yanan kaminin qarşısında xeyli miqdarda araq içməyə vadar edib. O, bu vəziyyəti Viktoriya dövründə özəl məktəblərdə tətbiq olunan cəza üsullarına bənzədib.

banner

Sabiq hökumət başçısı həmin hadisənin onun üçün olduqca ağır təcrübə olduğunu və görüşdən heç bir müsbət nəticə əldə edilmədiyini vurğulayıb.

Qeyd edək ki, Boris Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın baş naziri olub. Bundan əvvəl, 2016-cı ilin iyulundan 2018-ci ilin iyulunadək Tereza Meyin rəhbərlik etdiyi hökumətdə xarici işlər naziri vəzifəsində çalışıb.

Əlaqəli Yazılar Xüsusi