Ev DünyaVens 2028-ci il seçkilərində iştirakı ilə bağlı qərarını nə vaxt açıqlayacaq? – KİV

Vens 2028-ci il seçkilərində iştirakı ilə bağlı qərarını nə vaxt açıqlayacaq? – KİV

by Baş Redaktor
52 Baxış

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı mövqeyini 2027-ci ilin may ayının sonlarınadək açıqlaması gözlənilir.

Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Vens bu məsələ ilə bağlı qərarını ilin sonunadək vermək niyyətində deyil. Onun prezidentliyə namizədliyini irəli sürmək planları barədə ictimaiyyətə gələn ilin yazının sonlarında məlumat verməsi mümkündür.

Hazırda Vens Respublikaçılar Partiyasında 2028-ci il prezident seçkiləri üçün əsas potensial namizədlərdən biri kimi qiymətləndirilir. Bununla belə, partiyanın Konqresə keçirilən aralıq seçkilərdə uğursuz nəticə göstərməsi onun gələcək siyasi planlarına təsir edə biləcək amillərdən biri hesab olunur.

banner

Əlaqəli Yazılar Xüsusi