Ev DünyaLukaşenko: “Xalqları bir-birindən ayırmaq mümkün olmayacaq”

Lukaşenko: “Xalqları bir-birindən ayırmaq mümkün olmayacaq”

by Baş Redaktor
10 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlətlər və xalqlar arasında əlaqələrin süni şəkildə məhdudlaşdırılmasının heç bir perspektivinin olmadığını bildirib.

Army.az xəbər verir ki, Lukaşenko bu fikirləri İsveçrə xalqını milli bayramı münasibətilə təbrik edərkən səsləndirib.

Belarus liderinin sözlərinə görə, belarus və İsveçrə xalqlarını mehribanlıq, qarşılıqlı hörmət və problemləri sülh yolu ilə həll etmək istəyi birləşdirir.

“Bu gün dövlətlər və insanlar arasında əlaqələrə süni əngəllər yaratmağın heç bir nəticə verməyəcəyi tamamilə aydındır. Belarus və İsveçrə birlikdə dünyada sülhün və ədalətin qorunmasına böyük töhfə verə bilər”, – deyə Lukaşenko bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi