Ev DünyaErmənistan Zəngəzurda üç iri infrastruktur layihəsinə hazırlaşır

Ermənistan Zəngəzurda üç iri infrastruktur layihəsinə hazırlaşır

by Baş Redaktor
41 Baxış

Ermənistan TRIPP layihəsi çərçivəsində Sünik (Zəngəzur) vilayətində üç mühüm infrastruktur obyektinin – avtomobil yolunun, dəmir yolunun və elektrik ötürücü xətlərinin layihələndirilməsinə başlamağı nəzərdə tutur.

Army.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası prosesinin növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı hələlik konkret razılıq əldə olunmayıb. Bununla belə, yaxın vaxtlarda tərəflər arasında müzakirələrin aparılması və prosesin davam etdirilməsi gözlənilir.

Qriqoryan bildirib ki, işlərin növbəti mərhələsinin hansı vaxtda başlanacağı və qrafiki barədə hələ ortaq qərar yoxdur. O, məsələnin yaxın zamanda müzakirə edilərək razılaşdırılacağına ümid etdiyini vurğulayıb.

banner

Baş nazirin müavini TRIPP layihəsinin əhatə etdiyi ərazilərdə sərhədlərin delimitasiyasının ümumi prosesdən fərqli, növbədənkənar qaydada həyata keçirilməsi ehtimalını da istisna etməyib.

Qriqoryanın açıqlamasına əsasən, Ermənistan TRIPP şirkətinin rəsmən yaradılmasını gözləmədən infrastruktur layihələrinin hazırlanmasına start vermək niyyətindədir. Hazırlanacaq texniki layihələrin daha sonra müvafiq şirkətə təhvil verilməsi planlaşdırılır:

“Hazırda TRIPP-in formalaşmasını gözləmədən, gələcəkdə ona təhvil vermək məqsədilə üç infrastruktur obyekti – dövlətlərarası avtomobil yolu, elektrik ötürücü xətləri və dəmir yolu üzrə layihə işlərinə başlamaq istəyirik. Bu üç infrastrukturun hamısı Sünikdə tikilməlidir”ş

Əlaqəli Yazılar Xüsusi