ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda zərərli ağcaqanadların sayının 2028-ci ilə qədər ən azı 90 faiz azaldılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Sənəddə eyni zamanda gənə populyasiyasının da 2028-ci ilə qədər minimum 50 faiz azaldılması hədəfi müəyyənləşdirilib.
Proqram çərçivəsində kimyəvi vasitələrdən istifadəni minimuma endirən üsullar və biotexnoloji imkanlardan yararlanılması planlaşdırılır. Müvafiq fəaliyyət planının hazırlanmasına ABŞ-ın daxili işlər və kənd təsərrüfatı nazirləri, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri cəlb olunacaq.
Məlumata görə, Tramp daha əvvəl Rusiya ilə münasibətlərdə yaranmış dalandan çıxmaq üçün ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasını nəzərdə tutan təşəbbüsə də dəstək verib. Jurnalistlərin əldə etdiyi məlumata əsasən, bir neçə ay əvvəl Trampın xüsusi nümayəndəsi Con Koull Vaşinqton-Moskva münasibətlərindəki çıxılmaz vəziyyətin aradan qaldırılması ilə bağlı prezidentə yeni təklif təqdim edib.
