Ev DünyaTramp: İranla müharibə başa çatdıqdan sonra neftin qiyməti kəskin enəcək

Tramp: İranla müharibə başa çatdıqdan sonra neftin qiyməti kəskin enəcək

by Baş Redaktor
37 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı qarşıdurmanın başa çatmasının ardından ölkədə yanacağın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada neftin qiymətində kəskin ucuzlaşma gözlədiyini bildirib.

Onun sözlərinə görə, benzinin qiyməti əvvəlcə bir qallon üçün 3 dollara, daha sonra isə 2 dollardan aşağı səviyyəyə enə bilər.

ABŞ lideri qiymət azalmasının uzun müddət çəkməyəcəyini, prosesin qısa zamanda baş verəcəyini qeyd edib.

banner

Tramp paylaşımında İranın nüvə proqramına da toxunaraq, Tehranı nüvə silahına sahib olmağa imkan verməyəcəklərini bir daha vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi