Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Kiyevə yeni sülh təklifi təqdim etdiyini və bu şərtlərin əvvəlki variantdan daha ağır olduğunu iddia edib.
Army.az xəbər verir ki, son təklifdə Ukrayna üçün daha sərt tələblərin irəli sürüldüyü barədə məlumat əldə edib.
Onun sözlərinə görə, əvvəlki müzakirələrdə gündəmə gətirilməyən bəzi məsələlər indi təkliflər paketinə daxil edilib.
Skoroxodun iddiasına əsasən, yeni şərtlər arasında Ukrayna Konstitusiyasına dəyişiklik edilməsi və Rusiya tərəfindən işğal olunmuş ərazilərin tanınması ilə bağlı tələblər də yer alır.
“Bu, irəliləyiş deyil. Əksinə, əvvəlkindən daha ağır şərtlərlə qarşılaşmışıq”, – deputat bildirib.
