İsrail Baş naziri Benyamin Netanyahu ölkə ordusunun Livanın Əli ət-Tahir yüksəkliklərində böyük həcmdə silah-sursat aşkarlayaraq ələ keçirdiyini bildirib.
Army.az xəbər verir ki, Netanyahu müsadirə edilən silahlar arasında zenit topları, raketlər, minalar və kompüterlərin olduğunu açıqlayıb.
İsrail hökumətinin başçısı iddia edib ki, sözügedən silah-sursat “Hizbullah” üçün İran tərəfindən Livana göndərilib.
Netanyahu İsrail ordusunun ərazidə aşkarlanan silahları çıxararaq müsadirə etdiyini və onların “Hizbullah”ın istifadəsinə verilməsinin qarşısının alındığını bildirib.
