Madrid hökuməti Türkiyənin hazırladığı 5-ci nəsil döyüş təyyarəsi “TUSAŞ KAAN” ilə bağlı Ankara ilə ilkin danışıqlara başlayıb.
Army.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İspaniyanın müdafiə sənayesi şirkətləri də KAAN təyyarəsinin istehsal və inkişaf prosesinə cəlb oluna bilər.
ABŞ istehsalı “F-35 Lightning II” proqramına alternativ axtarışında olan İspaniyanın Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdən keçirdiyi qeyd olunur.
Həmçinin vurğulanır ki, KAAN layihəsinə beynəlxalq marağın artması Avropa müdafiə bazarında yeni əməkdaşlıq imkanları yarada bilər.
