Ev Hərbi Xəbərlər“Limitimizə çatmışıq” – Niderlanddan Ukrayna ilə bağlı açıqlama

“Limitimizə çatmışıq” – Niderlanddan Ukrayna ilə bağlı açıqlama

by Baş Redaktor
118 Baxış

Niderland Ukraynaya öz hərbi anbarlarından əlavə silah və texnika ayırmaq imkanının tükəndiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə NATO Sammiti zamanı çıxış edən Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius bildirib.

Nazir Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemi raketlərinin verilməsi ilə bağlı sualı cavablandırarkən, ölkəsinin bu istiqamətdə imkanlarının son həddə çatdığını vurğulayıb.

Limitimizə çatmışıq“, – deyə Yeşilgöz-Zegerius qeyd edib.

banner

Bununla belə, o bildirib ki, Haaqa Kiyevə dəstəyini davam etdirəcək, lakin bundan sonra Ukraynaya yardım yükünün daha çox digər müttəfiq ölkələr tərəfindən bölüşdürülməsinə çalışacaq.

Əlaqəli Yazılar Xüsusi