Ev Hərbi XəbərlərABŞ Silahlı Qüvvələrində pilotsuz döyüşlər üçün yeni komandanlıq qurulur

ABŞ Silahlı Qüvvələrində pilotsuz döyüşlər üçün yeni komandanlıq qurulur

by Baş Redaktor
58 Baxış

ABŞ Silahlı Qüvvələrinin strukturunda pilotsuz və avtonom döyüş sistemlərinə cavabdeh olacaq yeni qurum yaradılacaq.

Army.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bu barədə Virciniya ştatında yerləşən Kuantiko Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb.

Yeni strukturun “Autonomous Warfare Command” (AutoWarCom) adlandırılacağı bildirilib. Komandanlıq ABŞ Silahlı Qüvvələrinin bütün qoşun növlərində pilotsuz döyüş əməliyyatlarının təşkili ilə yanaşı, süni intellekt əsasında fəaliyyət göstərən robotlaşdırılmış və avtonom sistemlərin hazırlanmasına cavabdeh olacaq.

Heqset Ukraynadakı müharibə zamanı əldə olunan təcrübənin belə bir strukturun yaradılmasına təsir edən əsas amillərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Pentaqon dronlar və digər analoji silah sistemlərinin alınması, sınaqdan keçirilməsi və döyüş şəraitində tətbiqinə dair mövcud yanaşmalarını yenidən nəzərdən keçirməlidir.

banner

Müdafiə naziri, həmçinin ABŞ Silahlı Qüvvələrində yüksək rütbəli zabitlərin sayının azaldılması istiqamətində aparılan prosesin davam etdiriləcəyini açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi