Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinin yekun mərhələyə çatdırılmasının vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan bildirib ki, hökumətin əsas vəzifələrindən biri cəmiyyətin sülhlə bağlı gözləntilərini sülh sazişinin imzalanması və ratifikasiyası ilə yekun nəticəyə çevirməkdir.
Baş nazir ölkədə iqtisadi fəallığın və daşınmaz əmlak bazarındakı göstəricilərin vətəndaşların sülhlə bağlı nikbinliyini əks etdirdiyini qeyd edib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh artıq reallıq kimi mövcuddur, lakin proses hələ tam şəkildə institusionallaşdırılmayıb.
“Aralıq mərhələyə çatmışıq. Lakin bu, yekun mərhələ deyil. İndi yekun mərhələyə doğru irəliləməliyik”, – Paşinyan deyib.
