İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda münaqişənin gərginliyinin azaldılması və mümkün atəşkəs yollarını müzakirə ediblər.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ tərəfi görüşləri ümumilikdə “müsbət və məhsuldar” kimi qiymətləndirib:
“Danışıqların əsas məqsədi münaqişənin dayandırılmasıdır və tərəflər arasında müzakirələrin növbəti gün də davam etdirilməsi planlaşdırılır.
Bu görüş Vaşinqtonda İsrail və Livan arasında keçirilən üçüncü diplomatik təmasdır. Son aylarda İsrailin Livanın cənubuna yönəlik hərbi əməliyyatlarını genişləndirməsi fonunda gərginlik daha da artıb.
Livan tərəfi danışıqlarda iştirak etsə də, proses Hezbollah tərəfindən ciddi etirazlarla qarşılanır”.
