Ev DünyaRegionda gərginlik azalır? Livan üçün kritik həftə başaldı

Regionda gərginlik azalır? Livan üçün kritik həftə başaldı

by Baş Redaktor
21 Baxış

Livan ərazisində yaxın günlərdə atəşkəsin elan olunaraq həftə ərzində qüvvəyə minə biləcəyi ehtimal edilir.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilir ki, atəşkəsin tətbiqi İsrail qüvvələrinin ölkənin cənubundakı Bint-Cubeyl şəhərində nəzarəti təmin etməsindən sonra baş tuta bilər.

Mənbələrdən birinin sözlərinə əsasən, gözlənilən razılaşma İsrailin hücumlarını dayandırmasını nəzərdə tutur, lakin hərbi qüvvələrin Livan ərazisindən çıxarılması bu sənədə daxil edilməyib.

banner

Livan hökumətinə yaxın şəxslər isə qeyd edirlər ki, atəşkəsin müddəti böyük ehtimalla ABŞ və İran arasında mövcud razılaşma ilə əlaqələndiriləcək.

Xatırladaq ki, daha əvvəl ABŞ və İsrail rəsmiləri Livana qarşı hücumların dayandırılmasının Vaşinqton–Tehran razılaşmasının tərkib hissəsi olmadığını bildirmişdi. Buna baxmayaraq, İran tərəfi və vasitəçi rolunda çıxış edən Pakistan rəsmiləri fərqli mövqe ortaya qoyaraq bunun əksini iddia etmişdilər.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment