“Avropa miqrasiya, demoqrafiya və ekoloji sahələrdə apardığı siyasət nəticəsində ciddi tənəzzül riski ilə üz-üzədir”.
Army.az xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.
Onun sözlərinə görə, hazırda qitədə müşahidə olunan problemlərin əsas səbəblərindən biri sosial təminat, xüsusilə də pensiya sistemində yaranmış çətinliklərdir.
Miley iddia edib ki, Avropa ölkələri bir tərəfdən “yaşıl gündəliyi” ön plana çıxarır, digər tərəfdən isə demoqrafik siyasətdə mübahisəli addımlar atır və miqrasiya axınını təşviq edir.
