ABŞ-da Demokrat Partiyasından olan qanunvericilər Prezident Donald Trampın 1 maydan sonra Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyi halda, ona qarşı məhkəməyə müraciət imkanlarını nəzərdən keçirirlər.
Army.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Xatırladaq ki, 1973-cü ildə qəbul olunmuş Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən, ABŞ Prezidenti xarici ərazilərə qoşun göndərildikdən sonra 48 saat ərzində Konqresi məlumatlandırmalıdır. Eyni zamanda, qanunvericilərin təsdiqi olmadan hərbi qüvvələrin istifadəsi 60 günlə məhdudlaşır. Zəruri hallarda bu müddət əlavə 30 gün uzadıla bilər və daha 30 gün isə qoşunların təhlükəsiz geri çəkilməsi üçün nəzərdə tutulur.