Ev DünyaABŞ-dan sərt addım: İranın dəniz çıxışları hədəf alındı

ABŞ-dan sərt addım: İranın dəniz çıxışları hədəf alındı

by Baş Redaktor
21 Baxış

ABŞ Prezidenti Donald Tramp İrana qarşı uzunmüddətli məhdudiyyətlər paketinin hazırlanması ilə bağlı göstəriş verib.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbəri son vaxtlar Tehrana iqtisadi təzyiqin daha da sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyir. Bu çərçivədə İranın, o cümlədən neft daşıyan tankerlərinin xarici limanlara çıxışını məhdudlaşdıra biləcək addımlar nəzərdən keçirilir.

Nəşrin qeyd etdiyi kimi, Vaşinqton bu variantı həm mümkün hərbi əməliyyatların yenilənməsi, həm də ABŞ-ın münaqişədən tam geri çəkilməsi ilə müqayisədə daha az riskli yol hesab edir.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment