Ev Hərbi XəbərlərKiyev və digər şəhərlər dron təhlükəsi zonasına daxil olur – “Şahed”lər meydanda

Kiyev və digər şəhərlər dron təhlükəsi zonasına daxil olur – “Şahed”lər meydanda

by Baş Redaktor
21 Baxış

“İdarə olunan “Şahed” tipli pilotsuz uçuş aparatları Ukraynanın daha dərin ərazilərinə daxil olmağa başlayıb”.

Army.az xəbər verir ki, bunu Ukraynalı hərbi ekspert və müdafiə nazirinin müşaviri Serhiy Beskrestnov deyib.

Onun sözlərinə görə, şimal istiqamətindən bu dronlar artıq Kiyev şəhərinə qədər çata bilir. Qərbdən Poltava, cənubdan isə Dnipro, Kriyi Rih, Odessa və Mıkolayiv istiqamətlərində uçuşlar qeydə alınır.

Məlumata görə, bu pilotsuz aparatların idarə olunması “MESH”-modem texnologiyası ilə həyata keçirilir və bu sistem dronlar arasında əlaqə zənciri qurmağa imkan verir.

banner

Rusiya ərazisində isə onların idarə edilməsi uzaqməsafəli antenalar vasitəsilə təmin olunur.

Mütəxəssis qeyd edir ki, dronla əlaqə təxminən 220 km məsafəyə qədər mümkündür, lakin bunun üçün onun yüksək hündürlükdə uçması vacibdir, əks halda Yer kürəsinin əyriliyi rabitə imkanlarını məhdudlaşdırır.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment