Ev Hərbi XəbərlərHƏMAS-ın bölük komandiri öldürüldü: İsrail ordusu səbəbi açıqladı

HƏMAS-ın bölük komandiri öldürüldü: İsrail ordusu səbəbi açıqladı

by Baş Redaktor
50 Baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirilən hava əməliyyatı zamanı HƏMAS-ın bölük komandirlərindən biri Məhəmməd Bassam Müştehinin öldürüldüyünü açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Müştehi 7 oktyabr hücumunda iştirak edib və İsrail vətəndaşlarının girov götürülməsində rol oynayıb. İsrail ordusu onun HƏMAS-ın “Əş-Şati” batalyonunda bölük komandiri olduğunu bildirib. Müştehi son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı yeni hücumların hazırlanmasında iştirak edib.

İsrail ordusunun məlumatına əsasən, Müştehi iyulun 30-da Qəzzada keçirilən hava zərbəsi nəticəsində ağır yaralanıb və aldığı xəsarətlərdən bir neçə gün sonra həyatını itirib.

banner

Əlaqəli Yazılar Xüsusi