Ev Hərbi XəbərlərEkspert: Kiyev PUA-ları daha uzaq məsafəyə göndərməyi bacarır

Ekspert: Kiyev PUA-ları daha uzaq məsafəyə göndərməyi bacarır

by Baş Redaktor
27 Baxış

Rusiyalı hərbi ekspert və HHM qoşunları tarixçisi Yuri Knutov Moskva vilayətinə hücum edən pilotsuz uçuş aparatlarının Ukrayna ərazisindən buraxılmış ola biləcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə o, NEWS.ru-ya açıqlamasında qeyd edib.

Ukrayna ordusu istifadə etdiyi dronları davamlı şəkildə modernləşdirir və onların uçuş məsafəsini artırmağa çalışır.

Knutovun sözlərinə görə, bunun üçün daha yüngül kompozit materiallardan istifadə olunur. Bu materiallar metal detallarla müqayisədə daha az çəkiyə malikdir və dronun daha uzaq məsafəyə uçmasına imkan verir. Bundan əlavə, bəzi PUA-lar daha güclü mühərriklərlə təchiz edilir.

banner

“Dron müəyyən müddət mühərriklə uçur, sonra planerləmə rejiminə keçir, daha sonra yenidən mühərrik işə düşür. Bu üsul uçuş məsafəsini artırmağa kömək edir”, – deyə o izah edib.

Knutov əlavə edib ki, daha müasir və yüngül partlayıcı maddələrin istifadəsi də dronun yükünü azaltmağa və effektivliyini artırmağa imkan verir. Bununla belə, bu tip partlayıcıların məhdud həcmdə tətbiq olunduğu qeyd edilir.

Əlaqəli Yazılar Xüsusi