NATO Şimali Atlantik akvatoriyasında ən genişmiqyaslı hərbi-dəniz əməliyyatlarından hesab edilən “Dynamic Mongoose 2026” təlimlərinə start verib.
Army.az xəbər verir ki, mayın 29-na qədər davam edəcək manevrlər alyansın Müttəfiq Dəniz Qüvvələri Komandanlığının koordinasiyası ilə həyata keçirilir.
Təlim prosesinə NATO ölkələrinin müxtəlif hərbi-dəniz bölmələri və xüsusi qüvvələri cəlb olunub.
Hər il olduğu kimi, manevrlər Farer adaları ilə İslandiya arasında yerləşən strateji zonada keçirilir. Sözügedən ərazi ABŞ-a məxsus SOSUS hidroakustik izləmə sisteminin yerləşdiyi mühüm nəzarət xətti hesab olunur.
“Dynamic Mongoose” formatında keçirilən təlimlərə 2012-ci ildən Norveç, Kanada, Danimarka, Almaniya, Niderland, Böyük Britaniya və ABŞ müntəzəm şəkildə qoşulur.
Bildirilir ki, əsas hədəf iştirakçı qüvvələrin sualtı təhlükələrə qarşı operativ hazırlığını artırmaq və birgə fəaliyyət imkanlarını təkmilləşdirməkdir.
