ABŞ Prezidenti Donald Tramp həftəsonu İranla bağlı vəziyyəti müzakirə etmək üçün milli təhlükəsizlik üzrə əsas komandasını bir araya gətirib.
Army.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, görüş şənbə günü Trampın Virciniya ştatında yerləşən qolf klubunda baş tutub.
Toplantıda vitse-prezident Cey Di Vens dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffe və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.
Telekanalın məlumatına görə, Donald Tramp yaxın günlərdə milli təhlükəsizlik komandası ilə İran məsələsinə dair növbəti görüşünü keçirə bilər.
