Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev danışıqların yekununda bir sıra mühüm sənədlərə imza atıblar.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sənədlər paketinə Rusiya ilə Qazaxıstan arasında strateji müttəfiqliyin əsas prinsiplərini müəyyən edən razılaşma da daxildir.
Bununla yanaşı, tərəflər Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsi üzrə əməkdaşlıq prinsiplərini nəzərdə tutan sazişi də imzalayıblar.
İmzalanma mərasimindən sonra liderlərin media nümayəndələri qarşısında açıqlama verməsi gözlənilir.
