Qabaqcıl “Derivatsiya-PVO” sistemində istifadə olunan Rusiyanın 2A90 57 mm-lik avtomatik topu kiçik dronları məhv etmək üçün idealdır.
Army.az xəbər verir ki, bu barədə Rusiya nəşri məlumat yayıb.
Bildirilir ki, 57 millimetrlik mərmilər proqramlaşdırılan partlayıcılar üçün daha uyğun hesab olunur və 30 millimetrlik sursatlarla müqayisədə daha geniş dağıdıcı təsir yarada bilir.
Bu kalibrli sursatlarla 6 kilometrədək məsafədə daha sıx qəlpə “divarı” yaratmaq mümkündür ki, bu da kiçik dronların vurulmasını asanlaşdırır.
Eyni zamanda qeyd olunur ki, 2A90 bazalı sistemlər ağır konstruksiyaya malikdir və güclü geri təpmə səbəbindən yüngül zirehli texnikalara quraşdırılması mümkün deyil.
