Ev DünyaPaşinyan hökumətinin 5 illik proqramı parlamentdən keçdi

Paşinyan hökumətinin 5 illik proqramı parlamentdən keçdi

by Baş Redaktor
22 Baxış

Ermənistan parlamenti iki gün davam edən müzakirələrdən sonra hökumətin 2026-2031-ci illəri əhatə edən fəaliyyət proqramını qəbul edib. Məlumat parlamentin iclasının rəsmi yayımdan əldə olunan görüntülərə əsaslanır.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Səsvermədə ümumilikdə 87 deputat iştirak edib. Proqramın lehinə yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları səs verib.

Müxalifətdəki “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarının nümayəndələri isə sənədin qəbul edilməsinin əleyhinə çıxıblar.

banner

Hökumətin yeni proqramında, digər məsələlərlə yanaşı, Azərbaycanla sülh sazişinin rəsmiləşdirilməsi və Türkiyə ilə sərhədlərin açılması istiqamətində addımların atılması nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi