Ev Hərbi XəbərlərUkrayna Taqanroqdakı aerodroma zərbə endirdi: İki “Tu-142” vuruldu

Ukrayna Taqanroqdakı aerodroma zərbə endirdi: İki “Tu-142” vuruldu

by Baş Redaktor
11 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri mayın 29-dan 30-na keçən gecə Rusiyanın Taqanroq şəhərində yerləşən hərbi aerodroma hücum təşkil etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, əməliyyat nəticəsində aerodromda yerləşən iki “Tu-142” tipli dəniz patrul təyyarəsi hədəfə alınıb.

Yayılan videogörüntülərdə pilotsuz uçuş aparatlarının zərbəsindən sonra təyyarələrin alışaraq yandığı görünür.

Açıqlamada bildirilib ki, hücum zamanı Ukraynanın “Fire Point” şirkəti tərəfindən istehsal edilən FP-1 və ya FP-2 tipli kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunub.Rusiya tərəfi isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

banner

Əlaqəli Yazılar Xüsusi