Ev İqtisadiyyatAvropa bazarında qaz rekord templə bahalaşır

Avropa bazarında qaz rekord templə bahalaşır

by Baş Redaktor
11 Baxış

Avropa bazarında təbii qazın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

Army.az xəbər verir ki, Londonun ICE birjasının statistik göstəricilərinə əsasən, 2026-cı ilin yaz aylarında qazın orta qiyməti hər 1 000 kubmetr üçün təxminən 582 dollara çatıb ki, bu da bir il əvvəlki səviyyədən 35 faizdən çox yüksəkdir.

Məlumatlarda qeyd olunur ki, bahalaşma may ayında da davam edib. Belə ki, ötən ay qazın orta satış qiyməti 2025-ci ilin may göstəricisi ilə müqayisədə təxminən 39 faiz artım nümayiş etdirib.

Mütəxəssislər Avropa enerji bazarında qiymətlərin yüksəlməsinin mövsümi amillər və bazardakı ümumi vəziyyətlə əlaqəli olduğunu bildirirlər.

banner

Əlaqəli Yazılar Xüsusi