Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri arasında elektrik enerjisinin nəqli üçün quru tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır.
Army.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxadze bildirib.
Onun sözlərinə görə, yeni təşəbbüs istənilən maraqlı ölkədən, ilk növbədə isə qonşu dövlətlərdən elektrik enerjisinin Gürcüstan ərazisi üzərindən Avropaya çatdırılmasına imkan verəcək:
“Bu təşəbbüs iqtisadi baxımdan çox mühüm və maraqlıdır. Çünki Gürcüstan tranzit xidmətləri ilə yanaşı, öz elektrik enerjisini də ixrac edəcək. Bu isə öz növbəsində yerli biznesin dəstəklənməsinə və ölkənin enerji sektorunun daha yüksək səviyyədə inkişafına töhfə verəcək”.
