Neftin qiyməti yenidən artmağa başlayıb.
Army.az xəbər verir ki, bazar ertəsi keçirilən ticarətlərdə neft qiymətləri 5 faizdən çox yüksəlib.
Artım Yaxın Şərqdə gərginliyin yenidən eskalasiya ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda qeydə alınıb. Buna səbəb kimi ABŞ hərbçiləri tərəfindən İran gəmisinin ələ keçirilməsi və Tehran tərəfindən Hörmüz boğazında blokadanın bərpası göstərilir.
Londonun “ICE Futures” birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 95,33 dollar/barel olub ki, bu da əvvəlki bağlanışla müqayisədə 4,95 dollar (5,48%) artım deməkdir. Cümə günü həmin kontraktlar 9,01 dollar (9,07%) ucuzlaşaraq 90,38 dollar/barel səviyyəsində bağlanmışdı.
