Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlərin artması dünya neft bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub.
Army.az xəbər verir ki, bu barədə beynəlxalq birja məlumatlarında bildirilib.
“Brent” markalı neftin iyul fyuçersləri ucuzlaşıb. Hazırda bir barel neftin qiyməti 92,56 dollar səviyyəsində qərarlaşıb.Bu, əvvəlki ticarət gününün bağlanışı ilə müqayisədə 1,15 dollar və ya 1,23 faiz azalma deməkdir.Ekspertlər qiymət enişini Yaxın Şərqdə mümkün deeskalasiya və bazarda risklərin azalması ilə əlaqələndirirlər.
