Ev İqtisadiyyatÇin 225 yeni neft və qaz yatağı kəşf edib – RƏSMİ

Çin 225 yeni neft və qaz yatağı kəşf edib – RƏSMİ

by Baş Redaktor
26 Baxış

Çin rəsmiləri son beş ildə ölkə ərazisində 225 yeni neft və qaz yatağının aşkar edildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Çin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yeni kəşflər arasında 100 milyon tondan çox ehtiyatı olan 13 neft yatağı və 100 milyard kubmetrdən artıq qaz ehtiyatına malik 26 qaz yatağı var.

Nazirlik ehtiyatların nə qədər hissəsinin hazırda istismara yararlı olduğunu dəqiqləşdirməyib, lakin ölkədə təbii qaz hasilatının ildən-ilə artacağı, neft hasilatının isə təxminən 200 milyon ton səviyyəsində sabit qalacağı bildirilib.

banner

Rəsmilər ölkənin enerji təhlükəsizliyini qorumaqda qətiyyətli olduqlarını və yeni kəşfiyyat işlərini davam etdirəcəklərini vurğulayıblar.

Eyni zamanda qeyd olunub ki, son on ildə 66 milyard dollara yaxın investisiya qoyularaq neft və qaz ehtiyatları demək olar ki, iki dəfə artırılıb.

Əlaqəli Yazılar Xüsusi