55
Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarındakı qiymətində yüksəliş qeydə alınıb.
Army.az xəbər verir ki, neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,27 dollar və ya 1,95% bahalaşaraq 118,53 dollara yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.