ABŞ hərbi strukturları Vaşinqtonun İrana qarşı mümkün əməliyyatlara yenidən başlaması ehtimalını nəzərə alaraq yeni hədəf siyahısı tərtib edib.
Army.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Siyahıda İran ərazisində yerləşən və güclü müdafiə sistemi səbəbindən zərərsizləşdirilməsi mürəkkəb hesab olunan obyektlər yer alıb.
Məlumata əsasən, söhbət əsasən gizli və yüksək mühafizə olunan məkanlardan gedir.Bununla yanaşı, vurğulanır ki, Pentaqonun belə bir plan hazırlaması ABŞ-nin yaxın vaxtlarda İrana qarşı hərbi zərbə endirəcəyinə dair konkret qərarın verildiyi anlamına gəlmir.
