Ev Hərbi XəbərlərUkraynadan yeni hücum: Rusiyanın 325-ci aviatəmir zavodu diqqət mərkəzində

Ukraynadan yeni hücum: Rusiyanın 325-ci aviatəmir zavodu diqqət mərkəzində

by Baş Redaktor
20 Baxış

Ukrayna Müdafiə Qüvvələri mayın 27-si səhər saatlarında Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən aviatəmir zavoduna zərbə endirib.

Army.az xəbər verir ki, bu barədə Astra məlumat yayıb.

Rusiya monitorinq kanalları isə gecə və səhər saatlarında bölgəyə PUA və raket hücumu edildiyini bildiriblər.

Astranın OSINT (açıq mənbələr üzrə kəşfiyyat) təhlilinə əsasən, şahidlərin paylaşdığı görüntülərdə partlayışdan sonra tüstünün 325-ci Aviasiya Təmir Zavodunun (325 ARZ) ərazisindən qalxdığı görünür. Kadrlərin müəssisədən təxminən 2,8 kilometr məsafədən çəkildiyi qeyd olunur.

banner

Məlumata görə, müəssisə An-12, An-72 və An-72P təyyarələrinin təmiri ilə yanaşı, An-24, An-26, Tu-134, Tu-142, Tu-154, İl-76, Su-24, Su-25 təyyarələri və Mi-8, Mi-24 helikopterlərinin aqreqat, blok və avadanlıqlarının təmiri ilə məşğuldur.

Əlaqəli Yazılar Xüsusi