Niderland hərbi infrastrukturunu genişləndirərək Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiyanın Niderlanddakı səfirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkədə hərbi hava bazaları və hərbi logistika obyektləri intensiv şəkildə modernləşdirilir. Həmçinin müttəfiq qüvvələrin qəbul edilməsi, birgə hərbi təlimlərin keçirilməsi imkanları genişləndirilir və Ukraynaya uzunmüddətli hərbi dəstək proqramlarında iştirak artırılır.
Rusiya diplomatlarının fikrincə, bu addımlar Niderlandın hərbi infrastrukturunun NATO-nun hərbi planlaşdırma sisteminə daha sürətli inteqrasiyasından xəbər verir.
“Gəldiyimiz əsas və məntiqli nəticə sadədir: Krallıq NATO-nun şərq cinahında mümkün münaqişəyə intensiv şəkildə hazırlaşır. Burada söhbətin məhz Rusiyadan getdiyini izah etməyə ehtiyac yoxdur”, – deyə səfirlik bildirib.
