Ev DünyaSimonyan son çıxışını etdi – “Üzr istəyirəm”

Simonyan son çıxışını etdi – “Üzr istəyirəm”

by Baş Redaktor
116 Baxış

Birlikdə tarix yazdıq. Səmimi qəlbdən fəxr edirəm ki, birgə çalışmışıq, çətin sınaqlardan birlikdə keçmişik”.

Army.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan parlamentdəki son çıxışı zamanı deyib.

O bildirib ki, yalnız çətinliklərlə deyil, həm də əldə olunan uğurlarla fəxr edir.

“Mən hamınıza, həmçinin parlament aparatına və bütün komitələrin əməkdaşlarına təşəkkür edirəm. Dostum, cənab Ruben Rubinyana uğurlar arzulayıram. Ümid edirəm ki, o, Milli Məclisdə sabit beşillik fəaliyyət göstərən ikinci parlament sədri olacaq.

banner

Əgər fəaliyyətim dövründə kiməsə qarşı haqsızlıq etmişəmsə, xahiş edirəm, məni bağışlasın”, – deyə Alen Simonyan əlavə edib.

Əlaqəli Yazılar Xüsusi