Ev Hərbi XəbərlərRusiya 4 ildən sonra yenidən bu addımı atır – 5 ölkə hərəkətə keçdi

Rusiya 4 ildən sonra yenidən bu addımı atır – 5 ölkə hərəkətə keçdi

by Baş Redaktor
144 Baxış

Rusiya daxili yanacaq bazarında yaranan problemlər fonunda Yaponiyada istehsal olunmuş aviasiya kerosinini Cənubi Koreya üzərindən idxal etməyə hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, partiyanın həcmi azı 200 min barel olacaq. Yükün iyulun ilk yarısında Yaponiyanın Tiba limanından yola salınacağı, Cənubi Koreyanın Yosu limanı yaxınlığında isə başqa tankərə yüklənərək son təyinat nöqtəsinə göndəriləcəyi bildirilir.

Agentliyin məlumatına əsasən, bu marşrut üzrə son tədarük 2022-ci ilin fevralında, Ukraynada müharibə başlamazdan əvvəl həyata keçirilib. Həmin vaxt yük Vladivostok limanına çatdırılmışdı.

banner

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xaricdən yanacaq alınması ilə bağlı danışıqların aparıldığını təsdiqləyib. Prezident Vladimir Putin də bəzi yanacaqdoldurma məntəqələrində müəyyən benzin növlərinin çatışmadığını etiraf etsə də, vəziyyətin müvəqqəti xarakter daşıdığını bildirib.

Mətbuata görə, Belarusla yanaşı, Hindistan və Qazaxıstan tədarükçüləri də kommersiya şərtləri əsasında Rusiyaya yanacaq satmağa razılıq veriblər və Hindistandan tədarüklər artıq başlayıb.

Əlaqəli Yazılar Xüsusi