Ev Hərbi XəbərlərKim Çen Inın bacısı dünyaya mesaj verdi: Şimali Koreya nüvədən imtina etmir

Kim Çen Inın bacısı dünyaya mesaj verdi: Şimali Koreya nüvədən imtina etmir

by Baş Redaktor
28 Baxış

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con ölkəsinin nüvə arsenalından imtina etməyəcəyini bildirib.

Army.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, o, nüvə silahlarının Şimali Koreyanın milli təhlükəsizliyinin əsas təminatı olduğunu deyərək denuklearizasiya çağırışlarını rədd edib.

Kim Yo Con bildirib ki, Pxenyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

“Şimali Koreyanın mövqeyi qəti və aydındır. Nüvə çəkindirmə potensialı dövlət suverenliyinin ən etibarlı qalxanı və ölkənin müdafiəsinin ən yüksək təminatıdır”, – deyə o vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi