140
Ermənistan parlamenti İrəvan və Astana şəhərlərində səfirlik binalarının tikintisi məqsədilə Qazaxıstanla qarşılıqlı torpaq sahələrinin ayrılmasını nəzərdə tutan sazişi təsdiqləyib.
Army.az xəbər verir ki, sazişə əsasən, Ermənistan tərəfi İrəvanda Qazaxıstan səfirliyi üçün 0,33 hektar torpaq sahəsi ayıracaq.
Qarşılıqlı razılaşmaya uyğun olaraq, Qazaxıstan hökuməti də Astanada Ermənistan səfirliyi üçün 0,33 hektar ərazini əhatə edən torpaq sahəsi ayıracaq.