“Livan da daxil olmaqla, bölgədə silahlı qarşıdurmaların dayandırılması vacibdir. Bu, ABŞ və İran arasında əldə olunan razılaşmanın tərkib hissəsidir”.
Army.az xəbər verir ki, bunu İranda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, son müharibə silahlı münaqişələrin böyük ekoloji və iqtisadi itkilərə səbəb olduğunu göstərib.
“Xüsusilə Hörmüz boğazı ətrafında yaranan vəziyyət bunu bir daha nümayiş etdirdi. Bölgədə sabitliyin təmin edilməsi davamlı sülhün əsas şərtidir.
Region üzərində geosiyasi oyunlar quran xarici qüvvələr qarşıdurmalar yaratmaqla bölgənin resurslarından faydalanmağa çalışırlar. Bu baxımdan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və müxtəlif təxribatlara uymamaq böyük əhəmiyyət daşıyır.
