ABŞ Müdafiə Nazirliyinın 2027-ci il üçün hazırladığı büdcə layihəsində Ukraynaya hərbi yardım üçün vəsait nəzərdə tutulmayıb.
Army.az xəbər verir ki, bu barədə nazirliyin maliyyə bölməsinin icraçı rəhbəri Cules Hurst Senatda keçirilən dinləmələr zamanı məlumat verib.
O bildirib ki, sənəddə “ABŞ Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü” çərçivəsində maliyyələşdirmə yer almır.
Eyni zamanda, ABŞ hökumətinin daha əvvəl Konqres tərəfindən bloklanan 400 milyon dollarlıq yardım paketini dondurulmuş vəziyyətdən çıxardığı da qeyd olunur.
Beləliklə, Vaşinqtonun Ukrayna siyasətində həm maliyyə ixtisarları, həm də yeni yardım qərarları paralel şəkildə davam edir.
