İranda mərhum ali rəhbər Əli Xameneinin qisasının alınması ilə bağlı çağırış səsləndirilib.
Army.az xəbər verir ki, bunu İran ali rəhbərinin ofisinin nümayəndəsi Əlirza Pənahian deyib.
Pənahian bildirib ki, Əli Xameneinin qisasının alınmasından yayınan şəxslər milli maraqlara qarşı çıxmış olurlar. Onun sözlərinə görə, təhlükəsizliyin qorunması qorxu nümayiş etdirməklə və qisas tələbindən geri çəkilməklə mümkün deyil.
O qeyd edib ki, İranın ali rəhbəri Müctəba Xamenei də çıxışlarında “qisas” ifadəsini açıq şəkildə işlədib və bu tələb xalq tərəfindən də səsləndirilib.
“Əgər bəzi şəxslər qisas məsələsini yalnız fərdi xarakterli yanaşma kimi qiymətləndirsələr, bundan sui-istifadə edilməsi üçün şərait yarana bilər”, – deyə Pənahian vurğulayıb.
