İran və ABŞ arasında yekun razılaşmanın hazırlanması üzrə danışıqlar hələ başlanmayıb.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
Diplomatın sözlərinə görə, razılaşmaların icrasına nəzarət və yekun sənədin hazırlanması üçün işçi qruplar formalaşdırılıb, lakin bu formatlar çərçivəsində real danışıqlar mərhələsi hələ start götürməyib.
Qəribabadi həmçinin qeyd edib ki, Qətərə səfəri zamanı o, ölkənin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüş keçirib və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
