ABŞ Prezidenti Donald Trampın 2025-ci il üzrə maliyyə göstəriciləri ölkə prezidentləri arasında indiyədək qeydə alınmış ən yüksək gəlirlərdən biri kimi qiymətləndirilir.
Army.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, ABŞ tarixində indiyədək heç bir dövlət başçısı vəzifədə olduğu dövrdə Trampın bəyan etdiyi gəlir həcminə çata bilməyib.
Son maliyyə hesabatlarına əsasən, onun ötən il əldə etdiyi gəlir 2,2 milyard dolları keçib.
Qeyd olunur ki, bu məbləğin əsas hissəsi kriptovalyuta investisiyaları və həmin sahə ilə bağlı kommersiya layihələrindən formalaşıb.
