Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə məhkəmə sistemindəki problemlərin həlli yeni konstitusiyanın qəbulundan keçmədən mümkün olmayacaq.
Army.az xəbər evrir ki, o, bu fikirləri parlamentdə 2025-ci il Hökumət Proqramının icrasına dair hesabatın müzakirəsi zamanı səsləndirib.
Paşinyanın sözlərinə görə, məhkəmə sahəsindəki mövcud çətinliklərin böyük hissəsi yalnız əsaslı konstitusion dəyişikliklərlə aradan qaldırıla bilər. O əlavə edib ki, əks halda sistemdə durğunluq davam edəcək.
Baş nazir həmçinin vurğulayıb ki, ölkənin məhkəmə sisteminin sağlamlaşdırılması üçün Konstitusiyada islahatların aparılması zəruridir.
