Ev DünyaKremldən ABŞ-a mesaj: Münasibətləri bərpa etməyə hazırıq

Kremldən ABŞ-a mesaj: Münasibətləri bərpa etməyə hazırıq

by Baş Redaktor
10 Baxış

Kreml ABŞ-la münasibətlərin normallaşdırılması perspektivinin hələ də açıq olduğunu bildirir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Army.az xəbər verir ki, “RIA Novosti”nin məlumatına görə, Peskov Moskvanın Vaşinqtonla münasibətlərin bərpasına hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ bu istiqamətdə real addımlar atmağa qərar verərsə, Rusiya da eyni şəkildə cavab verməyə hazır olacaq.

“Amerika tərəfi münasibətlərin həqiqi bərpasına hazır olduğunu nümayiş etdirən kimi, biz də buna uyğun reaksiya göstərəcəyik”, – deyə Kremlin sözçüsü qeyd edib.

banner

Peskov həmçinin bildirib ki, Vaşinqton hazırda iqtisadi əməkdaşlığın genişlənməsini Ukrayna böhranının həlli ilə əlaqələndirir. Moskva isə hesab edir ki, iki ölkə arasındakı münasibətlər ayrıca istiqamət üzrə inkişaf etdirilməli və digər məsələlərdən asılı vəziyyətə salınmamalıdır.

Əlaqəli Yazılar Xüsusi